Kəmaləddin Heydərov onu yeni mətbuat katibi TƏYİN ETDİ

  • Müəllif: admin
  • 01 Mart 2019 12:25

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni mətbuat katibi təyin edib.

Gununsesi.org Unikal.org-a istinadən xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə Yahya Babanlı Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi təyin edilib.

Qeyd edək ki, Yahya Babanlı “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi olub. O, bir müddət öncə öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi vəzifəsi neçə müddət idi boş idi.