Tramp Rusiyaya qarşı sanksiyaları bir il uzatdı - AĞ EV SƏBƏBLƏRİ AÇIQLADI

  • Müəllif: admin
  • 04 Mart 2019 23:17

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukraynadakı situasiya ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaları bir il uzadıb.

Gununsesi.org  xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 Ağ Ev bunu Rusiyanın regiondakı fəaliyyətinin ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına “qeyri-adi və fövqəladə təhlükə” yaratması ilə əsaslandırıb.