DİN-dən Qiyas İbrahimovun polisə çağrılmasına reaksiya - HEÇ BİR TƏHLÜKƏ YOXDUR

  • Müəllif: admin
  • 03 Aprel 2019 22:32

Keçmiş “siyasi məhbus” kimi tanınan Qiyas İbrahimov azadlığa buraxıldıqdan həftələr sonra Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduqdan sonra buraxılıb.

Gununsesi.org bildirir ki, sabiq məhbus polisdə bir sıra xəbərdarlıq alıb: “Statusumu çap edib göstərirlər ki, sən  təhqir etmisən. Əgər sübut olsaydı, yəqin ki, inzibati qaydada həbs edilərdim. Təhqir etdiyimə dair sübut olmadığına görə, pərdəarxası söhbət apardılar ki, bundan sonra belə olmasın. Dedilər nə yazırsan yaz, amma təhqir etmə”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov daha öncə BBC News Azərbaycancaya deyib ki, “Qiyas İbrahimovun polisə dəvət olunmasında təhlükəli heç nə yoxdur”.

Cənab Zahidov söyləyib ki, “prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış hər kəs ərazi polis orqanlarına dəvət olunur və onlarla fərdi söhbət aparılır, qayda-qanun izah olunur”.

Polis idarəsinə çağırış vərəqəsində səbəbin olmaması sualına cavab verən Ehsan Zahidov deyib ki, “burada təhlükəli heç nə yoxdur. Onunla söhbət aparılacaq və evə buraxılacaq”.

Gununsesi.org