“Aşk-ı Memnu” yenidən ekranlara geri qayıdır

  • Müəllif: admin
  • 02 İyun 2019 17:49

Türkiyənin fenomen serialı “Aşk-ı Memnu” yenidən ekranlara geri qayıdır. “Qafqazinfo” xəbər verir ki, 2008-ci ildə tamaşaçı qarşısına çıxan və iki il sonra final edən reytinqli layihə yenidən Kanal D-də yayımlanacaq.

Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Nebahat Çehre, Hazal Kaya və Zerrin Tekindorun rol aldığı ekran işinin təkrarı 10 iyundan etibarən efirdə göstəriləcək. Buna səbəb layihənin 11 yaşının tamam olmasıdır.