Cüzeppe Konte: Ziyan çəkmiş kilsələrin bərpasına dair qətnamə qəbul ediləcək

  • Müəllif: admin
  • 05 İyun 2019 13:15

İtaliya hökuməti son illərdə zəlzələ nəticəsində dağılmış üç min kilsədən altı yüzünün bərpasına dair qətnamə qəbul edəcək.

Gununsesi.org xəbər verir ki, bu sözləri İtaliyanın Baş Naziri Cüzeppe Konte italyan yepiskoplarının konfransında söyləyib. Baş Nazir bildirib ki, qətnaməyə əsasən bərpa işləri üçün təxminən 300 milyon avro məbləğində maliyyə vəsaiti nəzərdə tutulur.

İtaliyanın mərkəzi bölgələri 2016-cı ilin avqust və oktyabr aylarında baş vermiş güclü zəlzələlərdən ziyan çəkib. Zəlzələ nəticəsində 300 nəfər həyatını itirib, Latsio, Umbriya, Marke və Abruçço regionlarında kəndlər boşaldılıb.