Müşaviri Cavid Qurbanova müavin təyin olunub

  • Müəllif: admin
  • 02 Sentyabr 2016 12:18

vusal

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müavini təyin edilib.

Gununsesi.info xəbər verir ki, Azərbycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Ölkə Prezidentinin 20.07. 2016-cı il tarixli sərəncamına əsasən, Vüsal Aslanov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Qeyd edək ki, V. Aslanov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri olub.

Onu da qeyd edək ki, V. Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsinifərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. 2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra 05.2005-10.2005 tarixlərində Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb. 2005-2006 illərdə hərbi xidmətdə olub. 2006-2013 illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib. 2010-2014 illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib.
Evlidir, 3 övladı var.

Gununsesi.info