Bu gün Azərbaycanda neçə test edilib?

  • Müəllif: admin
  • 19 Aprel 2020 21:55

Son sutka ərzində Azərbaycanda koronavirusla bağlı 5263 test edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib.

Testlərdən 25-nin nəticəsi pozitiv çıxıb.

Hazırda müalicəsi davam edən xəstələrin sayı 667, reanimasiyada olanların sayı 15, süni tənəffüs cihazında olanların sayı isə 4-dür.

 

 

Gununsesi.org