Çində son gündə cəmi 3 nəfər koronavirusa yoluxub

  • Müəllif: admin
  • 04 May 2020 09:45

Çində son 24 saat ərzində 3 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. 

Gununsesi.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, son sutkada daha 53 xəstə sağalaraq evə buraxılıb, ölüm hadisəsi olmayıb.

 

Yoluxma hallarının ikisi Şanxayda, biri isə Şandonq əyalətində aşkar edilib.

 

 

Gununsesi.org