Hazırda mühacir həyatı yaşayan Türkiyə millisinin sabiq futbolçusu Hakan Şükür Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt şəkildə tənqid edib.
Gununsesi.info xəbər verir ki, Hakan Şükür sosial şəbəkə hesabında paylaşdığı videoda Ərdoğanı müxtəlif məsələlərdə günahlandırıb.
O, 15 iyul hadisələri, Türkiyədəki siyasi vəziyyət, media və məhkəmə sistemi, eləcə də ölkənin xarici siyasəti ilə bağlı sərt fikirlər səsləndirib.
“15 iyulu edən sənin ağababandır. Bu rejimi qurmaq, bu köləlikləri etmək üçün. Dünya da bunu bilir, hamı da bunu bilir.
Tutaq ki, dediyiniz kimi, bunu kimsə edib. Bəs bizim, bizim kimi insanların nə günahı var? Tutaq ki, elə deyil, amma tutaq ki, elədir.
Sizə gözəl bir dünya qurublar. Dadını çıxarın. Sizin ölkə sevdanız-filanız yoxdur. Milli və mənəvi dəyərlərlə bağlı sevdanız yoxdur.
Bəs mənim tərəfim doğrudursa? Mən heç kimi müdafiə etmirəm. Bəs mənim dediklərim doğrudursa, heç düşünmüsünüz? İndi düşünün. Niyə bizi susdurmağa çalışırlar? Bəlkə biz doğru edirik? Bunu düşündünüzmü?
Türkiyədə baş verənlərə baxanda bizim danışdıqlarımızın doğru olduğu görünür.
Ona görə də bağlayırlar. Doğrunun səs verəcək və ya ideoloji korluq içində olan insanlara təsir etməməsi üçün kimə bağlatdırırlar? Çox yaxşı anlaşdıqları, çox zəngin olan bu platformaların sahiblərinə.
Üç nəfər, beş nəfər verilişlərə başlayanda ilk məqsədimiz nə idi? Dedik ki, üç nəfər də olsa, bunu edəcəyik. Edirik.
Trollara pul verib, olmayacaq şeyləri müdafiə etdirmək yox. Mənim də pulum olsa, bunu etmərəm. Mən o qədər zəngin olsaydım, yüz milyardlarla dollarım olsaydı belə, bunu edə bilməzdim. Allahdan qorxaram.
Bu pulu alıb doğru olduğunu bildiyi halda söyüş söyən insanların vəziyyətinə mən acıyıram. Onları da bu vəziyyətə gətiriblər.
Sizi satın ala bilərdim. Sizi məhkəmə ilə qorxuda bilərdim. Alpay kimi.
Bu hörmət bitib. Sadəcə Türkiyədəki maraqları naminə bu vəziyyətdə olan idarəçiləri istədikləri kimi yönləndirirlər.
Mən ölkəmin, ölkə insanlarının gözəl gələcəyə çata bilməsi üçün istəyirəm ki, indiki idarəçilər və onlarla birlikdə hərəkət edənlər deyil, satın alına bilməyən insanlar ölkəni idarə etsin.
Trollar da daxil olmaqla, rejimin bütün iştirakçıları, müxalifətin də. Əlbəttə, kəşfiyyat da qarşı tərəfdədir.
Bütün hüquqlarınızı əlinizdən almış insanlara qarşı haqqınızı axtarırsınızsa, buna siyasət deyə bilməzsiniz. Deyirlər ki, siyasət yalan sənətidir”, – deyə Hakan Şükür bildirib.
Ətraflı olaraq görüntüləri təqdim edirik:
@gununsesi.info Hazırda mühacir həyatı yaşayan Türkiyənin futbol üzrə yığmasının sabiq hücumçusu Hakan Şükürdən Ərdoğana sərt sözlər
Şəbnəm










