
Əməkdar artist Abbas Bağırov vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlardan bəhs edib.
Gununsesi.info-nun məlumatına görə, Əməkdar artist sosial şəbəkədə bildirib ki, narahatlığa səbəb yoxdur: “Dəyərli dostlar və diqqətli mətbuatımız, inşallah, hər şey yaxşı olacaq. Azərbaycandayam və yaxın 100 ildə bu ölkədən heç yerə gedən deyiləm. Cənab prezidentimiz mənə bu qədər fəxri ad verib. Xalqın sevgisini heç zaman itirmərəm. Azərbaycanımız naminə uğurlarımız bol olsun”.
Qeyd edək ki, Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb. Siyahıda əməkdar artist Abbas Bağırov da var.
Bir müddət öncə Vergilər Nazirliyi A. Bağırovu vergi ödəmədiyi üçün 30 min manat cərimələdiyi haqda məlumatlar yaymışdı.
Gununsesi.info












