Almaniya səfiri Bakıda “SLZ Baku” Alman dili kursuna baş çəkib

  • Müəllif: Firuzə
  • 24 Noyabr 2026 20:20

Almaniyanın Azərbaycandakı səfiri Lölke Alman Dili Tədrisi Mərkəzində (SLZ Baku) görüş keçirib.

Gununesi.info xəbər verir ki, görüş noyabrın 19-da baş tutub.

Görüşdə müəllim kollektivi və kurs iştirakçıları ilə Almaniyada təhsil və həyat, eləcə də Azərbaycan-Almaniya ikitərəfli münasibətləri barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, mərkəzin rəhbəri xanım Alıyeva ilə SLZ-nin təşkilati fəaliyyəti və tədris prosesi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Goethe İnstitutu tərəfindən artıq dördüncü dəfə akkreditasiya olunan SLZ uzun illərdir Almaniya səfirliyinin etibarlı tərəfdaşlarından biridir.

Gununesi.info