
Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.
Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı DİN-i general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.
Gununsesi.info












