Uzun müddət yağlı, duzlu, qizarmış və digər ləziz yeməklərdən oki var yeyib, ağına-bozuna baxmadan hər şeyin dadına baxanlar ayna qarşısında eybəcərləşmiş bədən formalarını görəndə təkcə dəhşətlə gözlərini geniş-geniş açıb özlərinə baxırlar. Həm də illərlə yığdıqları çəkini qısa zaman ərzində atmaq üçün asan və ucuz başa glələn yollara da əl atırlar. Onların arasına alma sirkəsini az qala stəkan-stəkan içəndə, çay sodasıyla çəki itirməyə çalışanlar da var. Amma bu şəxslər belə təhlükəli arıqlama metodlarından istifadə edərkən mədələrini dəlik-deşik etmələrinin fərqinə daxili qanaxmalarla təcili xətəxanaya çatdırılarkən varırlar.
Gununsesi.info bu cür hallardan yayınılması və daha asan, sağlam vasitələrlə çəkinin atılması üçün oxuçularına detoks reseptləri təqdim edir. Onlardan biri də Şassi adıyla məşhur olan xiyar, limon, nanə və sudan hazırlanan detoksdur. Bu içkini qəbul etmək üçün 12 saat əvvəldən hazırlamaq lazımdır. Detoks içkisi gecədən hazırlanır. Bu müddətdə inqridientdəki maddələr suya daha yaxşı işləyəcək və faydası artacaq. Bu içki gün boyu qəbul edilə bilər. Hər pəhrizdə qeyd etdiyimiz kimi burda da mütləq bir həkimə və ya diyetoloqla məsləhətləşməyiniz də tövsiyyə olunur:
Tərkibi:
1 lt su
1 ədəd limon (dilimlənmiş)
10 sap təzə nanə yarpağı
1 ədəd xiyar (dilimlənmiş)
Hazırlanması:
Bir litr suyu qapaqlı bir qrafinə doldurun, dilimlənmiş limonu, xiyarları və nanə yarpaqlarını əlavə edin. Qapağını möhkəmcə bağlanın. İstəsəniz soyuducuda, istəsəniz otaq istiliyində saxlayın. Gün ərzində qəbul edin.
Mütəmadi qəbul etsəniz, tez bir zamanda bədəninizdəki yaglarla tədricən vidalaşacaqsınız.
Gülnaz Qənbərli
Gununsesi.info