Rayonlarda oktyabrın 2-dək hava şəraiti qeyri-sabit keçəcək - Xəbərdarlıq

  • Müəllif: admin
  • 27 Sentyabr 2016 14:18

rayonnn

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dən 29-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, sentyabrın 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Rayonlarda sentyabrın 28-dən oktyabrın 2-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Gununsesi.info