
Əfv Komissiyasının üzvü növbəti əfv sərəncamından danışdı.
Azərbaycanda növbəti əfv sərəncamının nə zaman olacağı ilə bağlı Gununsesi.info-ya açıqlama verən Əfv Komissiyasının üzve Əliməmməd Nuriyev deyib ki, ilk olaraq onu deyə bilərəm ki, əfv sərnacamına necənəfərin, kimləri əhatə edəcəyi və nə zaman imzlacanağı ancaq ölkə başçısının birbaşa səlahiyyətinə aid olan məsələdir. “Qaldı ki, növbəti əfv sərəncamına onu deyə bilərəm ki, indiki halda əfv barədə fikir söyləmək yanlışlıq olar. Amma ölkə başçısı hər zaman humanism nümayiş etdirərək bəzən ildə bir neçə dəfə əfv sərəncamı imzalayaraq, məhkumları cəzadan azad edib. Azərbaycan müstəqillik əldə etdiyi müddətdən bəri 60-dan artıq əfv sərəncamı imzalanıb və bu sərəncamlar nəticəsində səkkiz mindən artıq məhkum cəzadan azad edilib. Ölkə başçısını bu cür humanist addımları bundan sonra da davam edəcək”- deyə, Ə.Nuriyev vurğulayıb.
Ə. Nuriyev əlavə edib ki, son əfv sərəncamı cari ilin mart ayında Novruz bayramı ərəfəsində olub: “Bundan əlavə olaraq may ayında Milli Məclis Amnistiya aktını qəbul edib. Bir daha təkrar edirəm ki, yaxın zamanlarda əfvin olacağı barədə fikir səsləndirmək yanlışlıq olardı. Ancaq arzu edərdim ki, ilin sonuna kimi ölkə başçısı tərəfindən əfv sərəncamı imzalansın. Çünki ölkə başçısı mütəmadi olaraq belə humanist addımlar atıb. Və ilin sonuna kimi növbəti əfv sərəncamı istisna deyil. İlin sonuna kimi Azərbaycanda xeyli tarixi günlər var. Bu ancaq ölkə başçısının səlahiyyətinə aid olan məsələdir. O baxımdan da biz tərəfdən bununla bağlı konkret vaxt demək düz olmaz”.
Əfv Komissiyasının fəaliyyətinə gəldikdə isə Ə.Nuriyev deyib ki, komissiya daimi işləyən bir qurumadur və fəaliyətini fasiləsiz davam etdirir. “Komissiyaya məhkumlar, onların yaxınları, vəkilləri, nümayənədləri tərəfindən gündə müracitələr daxil olar və komissiyada öz növbəsində daxil olan müraciətləri araşdırır və arayışlar hazırlayır- deyə, Ə.Nuriyev bildirib.
Mürtəza
Gununsesi.info











