Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, havanın gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə oktyabrın 1-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara gəlincə isə oktyabrın 3-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
Gununsesi.info












