
Bu gün “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri, ilahiyyatçı Ceyhun Cəfərov azadlığa buraxılıb.
Gununsesi.info-nun məlumatına görə, bu haqda yaxınları məlumat yayıb.
Qeyd edək ki, C.Cəfərov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılırdı. C.Cəfərov Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə ittiham olunurdu.
İlahiyyatçı 2015-ci ilin mart ayında ləğv edilmiş MTN əməkdaşları tərəfindən saxlanılıb.
Xatərladaq ki, C. Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. Eyni zamanda “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.
Gülnaz Qənbərli
Gununsesi.info











