Bakıya külli miqdarda narkotik gətirənlər saxlanıldı - FOTOLAR

  • Müəllif: admin
  • 03 Oktyabr 2016 11:28

nar1

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Gununsesi.info xəbər verir ki,Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri – Mürsəl Rüstəmzadə və Elmir Sultanov külli miqdarda narkotik vasitə olan heroini Bakı şəhərinə gətirərkən Abşeron rayonu ərazisində saxlanılıblar. Onların idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqram heroin aşkar edilərək maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitə olan heroini satmaq niyyəti ilə şəxsiyyəti hələ ki, istintaqa məlum olmayaq İran vətəndaşından alıblar.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

nar nar2

Gununsesi.info