Piyləri parçalayan zəncəfil dəmləməsi

  • Müəllif: admin
  • 03 Oktyabr 2016 16:17

mol

Arıqlamaq qərarı adətən, bir həftədən sonra öz aktuallığını itirir və orqanizm simicləşib, piylərini enerjiyə xərcləmək istəmir. Bax, elə bu zaman insan pəhriz saxlamaqdan bezərək, əvvəlki rejiminə qayıdır. Pəhrizdə əsas amil piylərin parçalanma prosesini sürətləndirməkdir. Bəs buna necə nail olaq?

Gununsesi.info piyləri rahat parçalayan vasitələri təqdim edir.

Pəhrizin özəlliyi

  • Zəncəfil dəmləməsi metobolizmi sürətləndirib, «daxili isinmə» effekti verib, piy toxumalarını parçalayır
  • Orqanizmi soyuqdan qoruyur (soyuq havada orqanizm enerji yığmaq üçün qida tələb edir)
  • Həzm sisteminə bilavasitə nəzarət edir
  • Sidikqovucu təsir göstərib, bədəndəki şişkinliyi azaldır
  • Yağların yığılmasına kömək edən şlakları və toksinləri orqanizmdən kənarlaşdırır

Tələb olunan ərzaqlar

  • 3 çay qaşığı üyüdülmüş zəncəfil tozu
    • 2 lt. qaynar su
    • 5 çay qaşığı bal
    • Bir çimdik qara istiot
    • 4 çay qaşığı limon şirəsi
    • Bir neçə ədəd nanə yarpağı

Dəmləmənin hazırlanması

Qaynar suya zəncəfil tozu töküb, 1-2 dəqiqədən sonra balı və qalan ərzaqları əlavə edib, qarışdırıb, 15 dəqiqə ağzıbağlı qabın içində saxlayın.

Pəhrizin qaydası: Bu qarışığı hər səhər ac qarnına içib, yarım saatdan sonra səhər qəlyanaltısı etmək olar.

Gülnaz Qənbərli

Gununsesi.info