Həşimova respublikanın müxtəlif bölgələrində vətəndaşlara yalan vədlər verərək onların pulunu mənimsəyib. Gəncə şəhərində vətəndaşları aldadaraq dələduzluq yolu ilə onların pulunu mənimsəməkdə təqsirləndirilən qadın saxlanılıb. Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, bir neçə Gəncə şəhər sakini polisə müraciət edərək Kifayət adlı qadının onlara yalan vədlər verərək pullarını mənimsəməsi barədə şikayət ediblər. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayonunda anadan olan, hazırda Ukrayna Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Kifayət Rəhim qızı Həşimova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, K. Həşimova respublikanın müxtəlif bölgələrində vətəndaşlara yalan vədlər verərək onların 50 min manatdan çox pulunu mənimsəyib. Gəncədə isə onun 20 min manatlıq dələduzluq faktı qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. E.Ə.www.oxu.az
Gəncədə qadın dələduzluq etdi
- By admin
- 24 May 2016 17:21
DİGƏR XƏBƏRLƏR
-
02 May 2024 13:32
“Tarqovı”da turistə hücum edən gənclərə cəza verildi
-
02 May 2024 12:29
Özünü restoranın həyətində asdı
-
02 May 2024 11:20
İcra başçısının qardaşının ailəsindəki faciənin təfərrüatları
-
01 May 2024 13:32
Mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürüldü
-
01 May 2024 12:28
Rasim Tağıyevin oğlu həbs edildi
-
30 Aprel 2024 21:49
Sumqayıt şəhərində baş verən partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb
-
30 Aprel 2024 09:31
Bakıda 2 nəfər özünü binadan atdı
-
29 Aprel 2024 17:58
Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı
-
29 Aprel 2024 17:01
Sabirabad rayon sakinini elektrik cərəyanı vurub
-
29 Aprel 2024 14:00
Vüqar Kərimov yenidən həbs edilib
-
29 Aprel 2024 13:29
Qazaxda mina partladı
-
29 Aprel 2024 12:38
Mən iqtidar və müxalifətə eyni məsafədə olan adamam