Edvard Karvardin: “Uşaqları döyüş əməliyyatlarızamanı özünü müdafiə  üçün baza bilikləri aşılayırıq”

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 11:47

edvar

“Etiraf edirik ki, təmas xəttində yaşayan uşaqlar xüsusi risk altındadır. Münaqişənin gərginləşəcəyi halda bu uşaqların hər şeyə hazırlıqlı olmalarını və vəziyyət pisləşəcəyi təqdirdə özlərini necə qorumalı olduqlarını bilmələrini istəyirik. Bu səbəbdən cəbhəyanı bölgələrdə olan təmsilçilərlə bir sıra işlər həyata keçiririk, uşaqların və yeniyetmələrin döyüş əməliyyatları gedərkən özlərini müdafiə etmələri üçün baza bilikləri aşılayırıq”.

Gununsesi.info-nun xəbərində görə, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin mətbuata açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda bir çoxları üçün narahatlıq doğuran məqam – məcburi köçkün ailələrindən olan uşaqların məsələsidir: “Çətin vəziyyətdə olan bütün uşaqlara yardım etməyə çalışırıq və əlbəttə ki, məcburi köçkün ailələrindən olan uşaqlar, məhz, yardımın zəruri olduğu qrupa daxildir. Buna görə də dediklərimin məcburi köçkün ailələrdən olan uşaqlara müsbət təsir edəcəyinə ümidvaram. Eyni zamanda, yardım göstərdiyimiz bir neçə spesifik sahə var. Amma ümumilikdə bütün ölkə üzrə uşaqlara yardım göstərməyə çalışırıq”-, deyə səfir bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info