Rusiyada Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 16:05

fb20ab9aca45fd2a5819c2b68ffa7cf6

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb.

Gununsesi.info-nun APA-nın Rusiya bürosuna istinadən məlumatına görə, hadisə dünən gecə saatlarında Murino rayonunda yerləşən tikinti meydançalarının birində baş verib.

22 mərtəbəli binada suvaqçı işləyən azərbaycanlı kommunikasiya şaxtasına düşərək ölüb.

Soydaşımızın podratçı şirkətdə çalışdığı bildirilir. İş vaxtı bitəndən sonra o, 9-cu mərtəbədə təmizlik işləri aparırmış.

Onun meyiti şaxtada tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info