
Tanınmış jurnalist Əvəz Zeynallı ölkəni tərk edib. Bu haqda o sosial şəbəkədəki səhifəsində yazıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ə.Zeynallı hazırda Almaniyayadır. Aiəlisndən verilən məlumata görə isə jurnalistin ölkəni tərk etməsinə səbəb eyni universitetdə təhsil aldıqları dostlarından birinin dəvətidir: “Əvəz bəy ölkəni tamam tərk etməyib. Səfər bir neçə gün davam edəcək. Sadəcə, Almaniyada tələbə yoldaşlarının təşəbbüsü ilə məzun olmalarınını 25 illiyini qeyd edəcəklər. O, vətənini sevən biridir, heç vaxt ailəsini burada buraxıb ölkəni tərk etməz. Sadəcə sosial şəbəkədə onun yazdığı status yanlış anlaşılıb. Bu gediş yalnız səfər çərçivəsindədir”-, deyə jurnalistin xanımı bildirib.
Gülnaz Qənbərli
Gününsesi.info












