Mühacirlərin qayığına hücum ediblər - 4 ölü

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 21:30

m

 

Ötən gecə silahlı şəxslər Liviya sahil mühafizəsi xidmətinin fərqlənmə nişanı olan geyimdə Aralıq dənizində 150 mühaciri daşıyan qayığa hücum ediblər.

TASS informasiya agentliyinin yaydığı məlumata görə, insident nəticəsində azı 4 mühacir həyatını itirib. Liviya sahil mühafizə xidmətinin hücumu qayıqda həyəcana səbəb olub. Qayığının zədələnməsi səbəbindən mühacirlər dənizə tökülüb. Hadisə nəticəsində, həmçinin 15-25 mühacirin də itkin düşdüyü bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatın məlumatına əsasən, ilin əvvəlindən oktyabrın 16-dək Aralıq Dənizi vasitəsi ilə Avropa ölkələrinə 319 min mühacir və qaçqın gəlib. Bununla yanaşı, 3,6 min nəfər suda boğularaq həlak olub və ya itkin düşüb.

Gununsesi.info