Tramp Klintondan 5 faiz geridədir

  • Müəllif: admin
  • 01 Noyabr 2016 08:15

klinton

Respublikaçı Donald Tramp demokrat Hillari Klintondan cəmi 5 faiz geri qalır.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 40 faizini toplaya bilər.

26-30 oktyabr tarixlərində keçirilən analoji sorğu zamanı namizədlər arasındakı fərq 6 faiz təşkil edirdi.

Güman edilir  ki, Federal Təhqiqatlar Bürosu Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı bərpa etməsi sorğunun nəticələrinə təsir edib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Gununsesi.info