Zaqatalada at arabası ilə meşəyə odun yığmağa getdi - ATI VƏ ÖZÜ ÖLÜ TAPILDI

  • Müəllif: admin
  • 07 Noyabr 2016 10:26

mese

Zaqatalada meşəyə odun yığmaq üçün gedən şəxs naməlum səbəblərdən ölüb.

Gununsesi.info xəbər verir ki, rayonun Əliabad sakini Cəbrayıl Cəbrayılov at arabası ilə meşəyə odun, çırpı toplamaq üçün gedib. Arabanı yükləyib qayıdarkən meşənin bataqlıq hissəsində araba batıb. Arabadakı yükü boşaldıb arabanı bataqlıqdan çıxararaq təkrar yükləyib yoluna davam etmək istərkən araba növbəti dəfə batıb.Cəbrayıl axşam evə gəlmədikdə yaxınları onu axtarmağa gediblər, lakin onu tapmayıb qayıdıblar. Səhər təkrar axtarışa çıxan kənd sakinləri onu və atı meşədə ölmüş vəziyyətdə tapıblar. Yaxınlarının verdiyi məlumata görə arabanı çıxarmaq istəyən 38 yaşlı C.Cəbrayılov onların dediyinə görə ehtiyatsızlıq ucbatundan üzüaşağı yıxılaraq dünyasını dəyişib. Mərhumun yaxınları deyirlər ki, ola bilər ki, batmış arabanı çıxarmağa çalışan Cəbrayıla atın ayağı dəymiş ola bilər, yaxud o, başqa bir ehtiyatsızlıqdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info