
Bu gündən etibarən Ağsu Mərkəzi Rayon Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib ki, xəstəxana daha böyük və yeni binaya köçürülüb. Onun sözlərinə görə, kiçik binanın işıq sərfiyyatı da böyük bina qədər deyil: “Əvvəllər bunlar nəzərdə tutulmayıb və işıqların kəsilməsi bu səbəbdən olub. Artıq xəstəxana tam olaraq elektrik enerjisi ilə təmin olunub və orada generatorlar işləmir”.
Qeyd edək ki, noyabrın 3-də Ağsu Mərkəzi Rayon Xəstəxanasına elektrik enerjisinin verilməsi dayandırılıb.
Gununsesi.info












