AFFA-nın layihəsi maraqla qarşılanıb – FOTO

  • Müəllif: admin
  • 29 Noyabr 2016 14:40

affa-1
UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”nın qalibi müəyyənləşib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, Yunanıstanın paytaxtı Afinada keçirilən tədbir zamanı ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramı qalib layihə olub. AFFA tərəfindən təqdim olunmuş “CBC Sport” lahiyəsi bu meyar üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib və maraqla qarşılanıb.
“UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA tərəfindən keçirilmiş “3×3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.
Anar
Gununsesi.info