Paytaxt sakinləri Bahar Muradovun yorğan tövsiyəsinə cavab verdi -SORĞU + FOTO

  • Müəllif: admin
  • 05 Dekabr 2016 17:25

bahar1
Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın çıxışı ictimaiyyət tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Gununsesi.info-nun əməkdaşı bununla bağlı sorğu keçirərək ictimaiyyətin fikrini öyrənib.
Bakı sakini təqaüdçü Arif Manafov: “Evdə 3 körpə nəvəm var. 172 manat pensiya alıram. Aldığım pensiya yalnız çörək almağa çatır, dərman almağa pulum yoxdur. İmkan edə bilmirəm ki, özümü müalicə etdirim. 39 il dəmir yollarında işləmişəm. Tarif (qiymət) Şurası tərəfindən qazın, işığın qiymətinin qaldırılması məsələsinə gəlincə, köhnə tarıflə hər ay qaza 60 manat ödəyirəm. Allah bu xalqa kömək olsun!”.
Şəhər sakini Bəxtiyara Cəfərov: “Bahar Muradovanın etdiyi çıxışla bağlı məlumatlı deyiləm. B. Muradovan onun harda, nə zaman dediyi ilə bağlı informasiyam yoxdur. Əgər Bahar Muradova “hər kəs ayağını yorğanına görə uzatmalıdır” deyibsə, mənim fikirimcə düzgün deməyib. Millət vəkili heç olamsa, ən azından bunu deyən zaman aztəminatlı insanların da vəziyyətini nəzərə almalı idi”.

%d1%84%d0%be%d1%82%d0%be0018
Bakı sakini Əsgər Əliyev: “Bahar Muradovanın etdiyi çıxış barədə onu deyə bilərəm ki, bu cür çıxışlar insanlar arasında onlara qarşı nifrət oyadır. “Hər kəs ayağını yorğanına görə uzatmalıdır” bu anlaşılmır. Artıq yorğanda qalmayıb ki, üstümüzə çəkməyə. Hesab edirəm ki, bu yanlış bir fikirdir. Hamı eyni səviyyədə dolana bilmir. Necə yəni? “hər kəs ayağını yorğanına görə uzatmalıdır”. Azərbaycan neftlə, qazala zəngin olan bir ölkədir. Hazırda heç bir səbəb olmadan qazın, işığın qiymətini qaldırırlar. Qaz Azərbaycanda çıxarılır. Biz qazı hər hansı bir xarici ölkədən almırıq”.
Bakı sakini təqaüdçü Əhməd Məmmədov: “Bahar xanıma təşəkkür edirəm ki, “qayğımıza” qalır. Ataların bir məsəli var. “Toxun acdan xəbəri yoxdur!”. Bahar Muradova hər kəsi öz arşını ilə ölçür”.
Xatırladaq ki, Milli Məclisin son iclaslarının birində millət vəkili Bahar Muradova deyib ki, hökumətdən gözləntilər arxa plana keçirilməli , əhali kasıb yaşamağa öyrəşməli və hər kəs ayağını yorğanına görə uzatmalıdır.
Anar
Gununsesi.info