Yunanıstan Türkiyədəki çevriliş cəhdindən sonra bu ölkəyə qaçmış hərbçiləri ekstradisiya etməyəcək

  • Müəllif: admin
  • 05 Dekabr 2016 18:53

herbiciler

 

Yunanıstan məhkəməsi Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkəyə qaçmış 3 hərbçinin aqibəti ilə bağlı qərar verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, məhkəmə bu hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Digər 5 nəfərlə bağlı qərar daha sonra veriləcək.

Xatırladaq ki, hərbi çevriliş cəhdindən sonra 8 hərbçi “Sikorsky” helikopteri ilə Yunanıstana qaçıb.

Gununsesi.info