
Milli Məclisin (MM) deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay QuliyevATƏT PA-nın Büro iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Almaniyanın Hamburq şəhərində səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Büro iclasında ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.
A. Quliyev dekabrın 8-dən 13-dək Makedoniyanın Skopye şəhərində səfərdə olacaq.
O, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək. Deputat səfər çərçivəsində Makedoniyanın dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirəcək, seçki məntəqələrində səsvermənin gedişini, səslərin hesablanması prosesini izləyəcək.
Gununsesi.info












