Sahibə Qafarova və Rafael Hüseynov AŞPA-nın komitə iclaslarına qatılacaq

  • Müəllif: admin
  • 05 Dekabr 2016 22:06

aspaaaaa

Milli Məclisin deputatları Rafael Hüseynov və Sahibə Qafarova isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak edəcəklər.

Gununsesi.info-nun məlumatına görə, MM-in Mədəniyyət komitəsinin sədri R. Hüseynov AŞPA-nın Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfərə gedəcək.

Tədbirdə korrupsiyaya qarşı parlament nəzarəti, onlayn-media və jurnalistika, Avropada media azadlığı, jurnalistlərin statusu, milli azlıqlar və region dillərinin qorunması məsələləri müzakirə olunacaq. Səfər dekabrın 11-də başa çatacaq.

Dekabrın 6-7-də Parisdə AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin iclaslarında deputat S. Qafarova iştirak edəcək.

İclaslarda internetdə nifrətin və ayrı-seçkiliyin qarşısının alınması, dini azlıqlarda uşaq və ailə hüquqlarının qorunması, əlil şəxslərin siyasi hüquqları, miqrantlar problemi, qaçqınların sığındıqları ölkələrə inteqrasiyası, Fələstinin Qəzza şəhərində humanitar böhran, Yunanıstanda qaçqınlar problemi, 2017-ci ildə görüləcək işlər və digər mövzularda müzakirələr aparılacaq. Səfər dekabrın 10-da başa çatacaq.

Gununsesi.info