
Bir neçə dəqiqə olar ki, Rusiya paytaxtı Moskvada geyim mallarının satışı ilə məşğul olan 300-ə yaxın Azərbaycan vətəndaşı Zelenoqrad Gömrük İdarəsinin qarşısına toplaşıb.
Bu barədə Gununsesi.info-ya məlumat verən aksiya iştirakçıları bildirib ki, buna səbəb 300-ə yaxın iş adamının Türkiyə, Çindən gətirdiyi malların səbəbsiz olaraq, uzun zamandır gömrükdə saxlanmasıdır.
Xeyli vaxtdır ki, danışıqlar apardıqlarını amma bunun fayda vermədiyini görən soydaşlarımız çıxış yolunu aksiyada gördüklərini deyib.
Azərbaycan vətəndaşları ölkəmizin Rusiyadakı səfirliyinin 300-ə yaxin insanın düşdüyü duruma müdaxilə etməsini də xahiş edir.

Gununsesi.info











