
Millət vəkili mədəniyyət, təhsil və səhiyyə sahəsində çalışanların əməkhaqqının qaldırılmasını təklif etdir.
Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkili Fazil Mustafa Milli Məclisdə 2017-ci il büdcəsinin müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, büdcədən bir sıra sahələrə ayrılmalar artdığı halda, mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsait azaldılıb. “Onsuz da bu sahədə çalışan insanlar çox cüzi maaş alırlar. Onların aldıqları maaş ölkədəki minimum yaşayış səviyyəsinə yaxındır. Bu maaşla yaşamaq mümükn deyil. Ona görə də bu sahəyə diqqət yetirmək lazımdır”- deyə, millət vəkili vurğulayıb.
F.Mustafa eyni zamanda təhsil və səhiyyə işçilərinin maaşlarının qaldırlmasını vacibliyini dilə gətirib. Bildirib ki, bu gün repetitorluqla məşğul olmayan müəllimin aldığı maaş mədəniyyət sahəsində çalışan şəxsdən heç də fərqli deyil və çox aşağı səviyyədədir: “Elə bunu səhiyyə sahəsində çalışanlara da şamil etmək olar. Odur ki, bu sahədə çalışanalrın sosoial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir”.
Mürtəza
Gununsesi.info












