“Şücaətə görə” medal təsis olundu

  • Müəllif: admin
  • 08 Dekabr 2016 15:42

cdf361cd-1159-49b8-8962-607d56536329_292

Prezident İlham Əliyev “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Gununsesi.info xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə” təsdiqlənib.

Bundan başqa, “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsviri” təsdiq edilib.

Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər.

Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib.

Gununsesi.info