Bakıda və bölgələrdə çiskin olacaq, yağış yağacaq

  • Müəllif: admin
  • 27 Dekabr 2016 12:14

Bulublu hava

Bakı və Abşeron yarımadasında dekabrın 28-də gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi  ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° isti, gündüz  6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 80-85 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 28-30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  1-6° isti olacağı gözlənilir.

Gununsesi.info