
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ı PKK-nın bir qolu olan YPG terror təşkilatına dəstək verməkdə günahlandırıb.
Prezident Rəcəb Tayyib Ərdoğan da bir neçə gün əvvəl ABŞ-ın İŞİD və PKK kimi terror təşkilatlarına dəstək verdiyini iddia etmişdi. Bundan sonra ABŞ-ın Türkiyədəki səfirliyi hökumətə yazılı açıqlama verib . Açıqlamada bu iddialar rədd edilir.
Onu da qeyd edək ki, Çavuşoğlu Yeni ildən evvəl Suriyada atəşkəsi təmin edəcəklərini bildirib. O, bu mövzu barədə Rusiya ilə razılığa gəldiklərini vurğulayıb.
Nigar Cəfərli
Gununsesi.info











