
Yanvarın 20-də Alman-Azərbaycan Mədəniyyət Evi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Kölndə anım tədbiri həyata keçirib.
Gununsesi.info xəbər verir ki, Köln Əhli-Beyt məscidində baş tutan tədbirdə azadlıq yolunda canlarından keçən şəhidlərin ruhuna dualar oxundu, 20 yanvarda xalqın göstərdiyi şücaətlər barədə maraqlı və ibrətamiz çıxışlar edildi. Faciə gecəsini canlı yaşayan soydaşlarımızın çıxışları xüsusilə burada böyüyən gənclər üçün qürur dolu anlar yaşatdı. Anlamlı keçən tədbir sonunda şəhidlərin ruhuna ehsan verilib.
Vətən uğrunda canından keçən cəmi şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşıında baş əyir, qazi olanlara Allahdan uzun ömürlər diləyirik!

Gununsesi.info











