
2016-cı ildə Türkiyə əhalisi 1,073 milyon nəfər artaraq 79 814 871 nəfər təşkil edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu barədə Türkiyə Statistika Təşkilatından məlumat yayıb.
Statistikaya görə, Türkiyə əhalisinin 50,2 faizi kişi, 49,8 faizi qadındır.
Şəhər əhalisi ümumi ölkə əhalisinin 92,3 faizini təşkil edir. Əhalinin yalnız 7,7 faizi kəndlərdə yaşayır.
Ötənilki göstəriciyə əsasən, Türkiyə əhalisinin orta yaşı 31,4-ə bərabərdir.
Ölkənin ən böyük şəhəri İstanbulun əhalisi 14,804 milyon nəfər təşkil edib. Türkiyə əhalisinin 18,5 faizi İstanbulda yaşayır.
Gununsesi.info












