Ər-Riyada raket zərbəsi endirildi

  • Müəllif: admin
  • 06 Fevral 2017 22:59

pic_88ada2c3b4e4016aab35128ebd743f90

 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket zərbəsi endirilib.

Gununsesi.info-nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, “Borkan-1” raketi paytaxtdan qərbdə yerləşən Mazaximiya hərbi bazasına düşüb.

Hadisə nəticəsində ölən və xəsarət alanların olub-olmadığı müəyyənləşdirilir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanında fövqəladə vəziyyət elan olunub.

 

Gununsesi.info