Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayon sakini,1961-ci il təvəllüdlü Atagülov Sabir Qulu oğlunu maşın vurub. Hadisədən sonra xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.
Fakt araşdırılır.
Gununsesi.info









