
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128 milyon 187 min manat vəsait ödənilməyib.
Gununsesi.info SOCAR-a istinadən bildirir ki, bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10 milyon 505 min manat və ya 9 faiz çox olub.
SOCAR 2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 117 milyon 691 min manat vəsait ödəyib.
Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 507 min manat vəsait köçürülüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 milyon 379 min manat və ya 23,5 faiz çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Neft Şirkəti Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 128 min manat vəsait köçürüb.
Vüsalə Rüstəmova
Gununsesi.info












