
Ağdam rayon sakinini xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi əraziasindən Ağdam rayon sakini Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Alxasov tutulub.
Anar
Gununsesi.info










