Təyyarədə yatmaq nə zaman təhlükəlidir?

  • By admin
  • 01 Avqust 2020 10:30

Təyyarə havaya qalxanda və enəndə sərnişinlərin oyaq qalması daha yaxşıdır.

Gununsesi.info bildirir ki, bu barədə “Biletix” şirkətinin PR direktoru, dünya səyyahı Qriqori Luqovoy “Praym” agentliyinə bildirib.

Onun sözlərinə görə, havaya qalxma və enmə zamanı yuxu sağlamlığınız üçün təhlükəli ola bilər. Çünki bu zaman təyyarə salonundakı təzyiqdə ciddi bir dəyişiklik baş verir.

Vaxtında udqunmasanız, bu, burun boşluğunda qanaxma, baş ağrısı və ən kritik hallarda – qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər.

Gununsesi.info