ABŞ ətraf mühitin qorunması məsələlərində dünya lideri kimi qalacaq - TRAMP

  • By admin
  • 02 İyun 2017 08:30

tramp-5

ABŞ ətraf mühitin qorunması məsələlərində dünya lideri olaraq qalacaq.  

Gununsesi.info-nun “RİA Novosti”yə istinadın verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək, mən bunu təmin etməyə çalışacan”, – deyə Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

“ABŞ, Tramp administrasiyası dövründə də dünyanın ən təmiz və ətraf mühitə xeyirxahcasına   yanaşan ölkə olaraq qalacaq”, – deyə o bildirib və ölkədə sürətli iqtisadi artımın təmin ediləcəyini vəd edib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.

Gununsesi.info