ABŞ yaxın 3 ayda Cənubi Koreya ilə birgə keçirilməsi planlaşdırılan hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Pentaqonun mətbuat katibi Danı Uayt məlumat verib.
“Sinqapurda yüksək səviyyədə əldə edilmiş razılaşmanın yerinə yetirilməsi və Koreya respublikasında tərəfdaşlarımızla koordinasiyalı şəkildə ABŞ müdafiə naziri Ceyms Mettis qeyri-müəyyən müddətə təlimləri təxirə salıb”, – o qeyd edib.
Uaytın sözlərinə görə, qərarın müddəti Şimali Koreya tərəfinin danışıqları necə aparmasından asılı olacaq.
Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ və Şimali Koreya liderləri arasında görüş keçirilib.