Rusiya Prezidentinin köməkçisi və Hərbi Dəniz Kollegiyasının sədri Nikolay Patruşev bildirib ki, Avropa və Ukrayna arasında dəniz ittifaqının yaradılması Rusiyanın üzləşdiyi hərbi təhlükələr və təhdidlər siyahısına daxil edilməlidir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi və Hərbi Dəniz Kollegiyasının sədri Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, bu alyansın fəaliyyəti qərb Arktikasında, Şimali Atlantikada, Şimal, Baltik və Qara dənizlərdə hərbi-siyasi vəziyyəti xeyli çətinləşdirir.
Patruşev qeyd edib ki, Rusiya Hərbi Dəniz Qüvvələri istənilən potensial düşmənə ciddi ziyan vurulmasını təmin edəcək səviyyəyə qədər inkişaf etdiriləcək. O, okeanlarda sabitliyi qorumaq və Rusiyanın böyük dəniz gücü statusunu təmin etmək üçün Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsini ölkənin prioriteti kimi müəyyən edib.
Maqsud











