Fransa isti hava səbəbindən 2 mindən çox insanın həyatını itirib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə səhiyyə naziri Stéfani Rist TF1 telekanalına müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, iyunun 22-dən 28-dək olan dövrdə ölənlərin sayı 2025 nəfər təşkil edib.
O qeyd edib ki, bu məlumat yalnız ölüm haqqında şəhadətnamələrin 60 faizinə əsaslanır. Buna görə də yekun rəqəm sonradan dəyişə bilər.
Rist həmçinin 45 yaşdan yuxarı vətəndaşlar arasında ölüm hallarının artdığını vurğulayıb.
Güclü istilər Avropanın xeyli hissəsini əhatə edib. Fransanın meteorologiya xidməti ölkənin 96 departamentindən 72-də ən yüksək – qırmızı hava xəbərdarlığı səviyyəsi elan edib.
Havanın temperaturu 40 dərəcə Selsiyə yaxınlaşıb, bəzi ərazilərdə isə bu göstəricini keçib.
Xüsusilə ağır vəziyyət İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda müşahidə olunur.











