ABŞ-da iki təyyarə toqquşub - ÖLƏNLƏR VAR

  • Müəllif: admin
  • 03 Aprel 2018 08:10

ABŞ-ın İndiana ştatında iki təyyarə toqquşub

Bu barədə NBC telekanalı xəbər verib. Hadisə Marion şəhərinin hava limanında qeydə alınıb.

“Cessna 150” və “Cessna 525 Citation” markalı təyyarələrin uçuş-enmə zolağında  toqquşması nəticəsində 2 nəfər ölüb.

Ehtimala görə, qəza təyyarələrdən birinin yerə endiyi, digərinin isə havaya qalxdığı zaman baş verib. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Gununsesi.info