ABŞ-ın Alabama ştatının Taskalusa şəhərində naməlum şəxs banka hücum edərək, oradakı insanları girov götürüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, ən azı bir silahlı şəxs bankın işinin başlanmasına az qalmış (yerli vaxtla təxminən 08.30 radələrində) binaya daxil olub. İlkin məlumata görə, həmin şəxs bankı qarət etməyi planlaşdırıb.
Hazırda polis əməkdaşları silahlı şəxslə təmas qurmağa çalışırlar.
Məlumata görə, insident zamanı binada yalnız bank əməkdaşları olub.
Gununsesi.info